AZ

Ağasif Şakiroğlu: "Təki biz uduzaq, amma vətənimiz və dövlətimiz qazansın"

"Sizə olan inamınız, sevginiz və dəstəyiniz üçün sonsuz təşəkkürümü bildirirəm. Hər birinizin dəstəyi və əzimkarlığı qarşısında baş əyirəm. Xalqımız və millətimiz üçün apardığımız haqlı mübarizənin əziyyəti yerdə qalmayacaq. Əmin olun ki, bu mücadilənin mükafatı gec-tez veriləcək. Bu gün uğur qazanmasaq da, bu o demək deyil ki, hər şey bitdi. Əksinə, sabahın mütləq bizim olacağına inanın".

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri, sentyabrın 1-də keçirilən növbədəkənar parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Ağasif Şakiroğlu bildirib.

 

"Millət vəkili mandatını almasaq da, millətimizin təmənnasız vəkilləri olaraq xalqımızın və dövlətimizin xidmətindəyik. Bir gün ədalət zəfər çalacaq. Hər şeyin zamanı var və bəzən zaman lazım olur. Uca Tanrı bizə o günləri görmək üçün can sağlığı və uzun ömür versin. Əsas qalibiyyətimiz isə bir-birimizi daha yaxından tanımaq oldu. Yorulmadıq və əminik ki, Siz də bu haqlı mübarizədə yorulmayacaqsınız. Hazırkı şəraitdə, dövlətimizi ləkələmək istəyən bəzi qüvvələr iş başındadır. Onlar seçki nəticələrindən istifadə edərək, məğlub olmuş namizədləri dövlətə və xalqa qarşı alət kimi istifadə etməyə çalışırlar. Hesab edirəm ki, hər birimiz bu məsələdə həssas olmalıyıq. Azərbaycanımızın qüdrətli və azad bir dövlət olduğu, onun sıravi vətəndaşı olmağın belə şərəfli bir iş olduğunu hər kəsə anlatmalıyıq. Hamınızı Vətənimizin müdafiəsində durmağa çağırıram. Təki biz uduzaq, amma Vətənimiz və Dövlətimiz qazansın!" - partiya sədri qeyd edib.

Tarix: 4 Sentyabr 2024, 20:17   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
pravda.az

1Mənbələr