AZ

Milli Şuradan anti-Azərbaycan çağırışı

Seçkidə iştirak eləyən partiyalardan sərt reaksiya

Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.

“Turan” xəbər verir ki, Milli Şura bəyanatında növbədənkənar parlament seçkisinin təyin edilməsini konstitusiyaya zidd addım hesab edib. “Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilib.

Milli Şura hesab edir ki, hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün konstitusiyada göstərilən halların heç bir mövcud olmayıb", - deyə bəyanatda bildirilir.

Mili Şura Avropa Şurasının və AŞ PA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoyulduğu seçkilərdə “real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirildiyini” iddia edib: “Beynəlxalq müşahidəçi adı altında hakimiyyət özünün seçib dəvət etdiyi ayrı-ayrı xariciləri müşahidəçilərin verdiyi rəylər saxta xarakter daşıyır və bu rəylərin real gerçəkliklə heç bir əlaqəsi yoxdur”.

Sonda Milli Şura beynəlxalq birliyi Azərbaycana münasibətdə daha prinsipial və obyektiv olmağa səsləyib.

Seçkidə iştirak eləyən və parlament təmsilçiliyi qazanan partiyalar Milli Şuranın iddialarına sərt cavab verib.

Elman Nəsirov

Yeni Azərbaycan Partiyasının təmsilçisi Elman Nəsirov bildirdi ki, özlərinə Milli Şura deyən marionet təşkilatın iddiaları ənənəvi böhtan və danosbazlıqdan başqa bir şey deyil: “Milli Şura adlandırılan qondarma təşkilat əslində AXCP-nin azsaylı üzvlərindən ibarətdir. AXCP-dən başqa ölkədəki bütün digər partiyalar 1 sentyabr parlament seçkilərində iştirak ediblər. Bütövlükdə ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i bu seçkiyə qatıldı. Onların içərisində öz səs saylarını artıran partiyalar da var. Seçkidə iştirak edən partiyalardan 11-i parlament təmsilçiliyi qazandı. Bu bir daha Azərbaycan demokratiyasının göstəricisidir. AXCP özü seçkiyə qatılmayıbsa, bu demək deyil ki, seçki konstitusiyaya zidd, demokratik keçirilməyib. Azərbaycan cəmiyyətində nüfuzu olmayan, süquta uğramış bir təşkilat özünü yeganə müxalifət saymaqla və məlum iddiaları irəli sürməklə özünü gülünc vəziyyətə qoyur”.

Arzuxan Əlizadə

Seçilən
190
aznews.az

1Mənbələr