AZ

İmişlidə yol qəzası olub, xəsarət alanlar var

İmişli rayonunda xəsarətlə nəticələnən yol qəzası hadisəsi baş verib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Cavadxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər - Ümid Abbasov və Orxan Fətullayev müxtəlif bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
avtosfer.az

2Mənbələr