AZ

NATO baş katibinin müavini Mirça Coana istefa verib

Rumıniyalı siyasətçi Mirça Coana NATO baş katibinin müavini vəzifəsindən istefa verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidmətinin saytında məlumat verilib.

66 yaşlı Coana istefa ərizəsini rəsmən təqdim edib. Baş katib Yens Stoltenberq artıq onu qəbul edib və 2019-cu il iyulun 17-dən davam edən xidmətinə görə Coana -ya təşəkkür edib.

NATO baş katibinin müavini nəhayət sentyabrın 10-da vəzifəsini tərk edəcək. “Politico”nun məlumatına görə, Coana Rumıniyada keçiriləcək prezident seçkilərində iştirak etmək üçün bu addımı atmağa qərar verib. O, bundan əvvəl 2009-cu ildə ölkədə əsas posta seçilməyə çalışsa da, rəqibi Trayan Beseskuya cüzi fərqlə uduzub.

Maraqlıdır ki, baş katib Stoltenberq də sentyabrın sonunda vəzifəsini tərk edəcək. Ondan sonra NATO-ya Hollandiyanın keçmiş baş naziri Mark Rutte rəhbərlik edəcək.

Seçilən
169
28
nocomment.az

10Mənbələr