AZ

Yaşlıların ömrünü uzadan xarakter keyfiyyəti açıqlandı

Çinin Sun Yat-sen Zonqsan Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qocalıqda çətinliklərin öhdəsindən yaxşı gəlmək ölüm riskinin aşağı olması ilə əlaqələndirilir. 

HİT.az xəbər verir ki, nəticələr "BMJ Mental Health" jurnalında dərc olunub.

Tədqiqatda orta yaşı 66 olan 10569 insan iştirak edib. Alimlər iştirakçıların iqtisadi və ailə vəziyyəti ilə bağlı məlumatları təhlil edib, həmçinin sağlamlıqları ilə bağlı məlumatlar toplayıblar. İkinci mərhələdə könüllülərin psixi sabitliyi qiymətləndirilib. İştirakçılardan əzmkarlıq, sakitlik, qətiyyət, özünə inam və ümumi çətinlikləri təkbaşına dəf etmək bacarığı kimi xarakter xüsusiyyətlərinə sahib olduqlarını bildirmələri istənib.

Məlumat toplandıqdan sonra təxminən 12 il davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində 3489 nəfər dünyasını dəyişib. Əldə edilən məlumatların təhlili göstərib ki, subyektlərin əqli sabitlik balları nə qədər yüksək olarsa, onların hər hansı səbəbdən ölüm riski bir o qədər aşağı olur.

Ailə vəziyyəti, cins, irq və çəki üçün düzəliş edildikdən sonra bu əlaqə statistik olaraq əhəmiyyətli olaraq qalıb. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, öhdəsindən gəlmək dözümlülüyün kritik aspektidir.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
hit.az

2Mənbələr