AZ

Araxamia təsdiqlədi: Zelenski Kulebanın yerinə onu təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib. 

Olaylar xəbər verir ki, bu barədə Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia bildirib.

O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib.

"Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq", - deyə Araxamiya öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.

Qeyd edək ki, D.Kuleba XİN rəhbəri vəzifəsindən istefa verib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
37
olaylar.az

10Mənbələr