AZ

İşəgötürən və işçi arasında yazışmalar hansı hallarda ƏMAS vasitəsilə həyata keçirilə bilər?

Yaxın günlərdə satışda olacaq "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçməÖncədən bildirək ki, Əmək Məcəlləsinin 10-a yaxın maddəsində ərizə və ya xəbərdarlıq formaları ilə bagli “kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə” sözləri əlavə edilib. Dəyişikliklərədək işəgötürən və işçi arasında yazışmalar kağız daşıyıcıda həyata keçirilsə də, son dəyişikliklərdən sonra bu prosesin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi imkanı təşkil olunub. Bunun üçün ƏMAS altsistemində «İşəgötürən və işçi arasında rəsmi yazışmalar» bölməsi yaradılıb. Həm işçi, həm də işəgötürən tərəfindən məlumatların elektron formada həyata keçirilməsi həmin bölmə vasitəsilə həyata keçiriləcək. Mümkündür ki, işçi və ya işəgötürən kağız daşıyıcıda müraciət etsin. Bu halda da kağız daşıyıcıda həyata keçirilən müraciətlərin hüquqi qüvvəsi olacaq. Çünki Əmək Məcəlləsinin müvafiq maddələrində edilən dəyişikliklərdə “kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə” ifadəsindən istifadə olunub.Sonda bir məqamı da bildirək ki, kitabın növbəti bölməsində ƏMAS altsisteminin «İşəgötürən və işçi arasında rəsmi yazışmalar» bölməsi üzrə prosselərin həyata keçirilməsi ilə bağlı kifayət qədər məlumat verdiymiz üçün bu bölmədə təkrarçılığa yol vermirik.Əmək Məcələsində edilən son dəyişikliklər nəticəsində yazışmaların kağız və ya elektron daşıyıcıda təqdim edilməsini nəzərdə tutan maddələrlə bağlı cədvəli (müddət və məlumat forması göstərilməklə) təqdim edirik. Cədvəli təqdim etmədən öncə bildirək ki, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda xəbərdarlığın (maddə 77) və intizam tənbehlərin veriməsinin (Maddə 186) elektron daşıyıcıda təqdim olunması ilə bağlı hər hansı dəyişiklik Əmək Məcəlləsində həyata keçirilməyib....

Seçilən
144
mks.az

1Mənbələr