AZ

İtaliya sahilində miqrant qayığı batdı: 21 nəfər itkin düşdü

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.

Axar.az xəbər verir ki, qəza nəticəsində üçü azyaşlı olmaqla 21 nəfər itkin düşüb. Suriya vətəndaşı olan 7 nəfər İtaliya Sahil Mühafizə Xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Onlar adadakı miqrant düşərgəsinə aparılıb. Hazırda itkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.

Qayığın sentyabrın 1-də Liviyadan yola düşdüyü bildirilib.

Seçilən
63
6
axar.az

7Mənbələr