Şimali Koreya lideri Kim Çen İn iyulun sonunda ölkədə baş vermiş daşqınlara görə 30-yaxın məmuru edam etdirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın "Çosun" telekanalı yayıb.
Telekanalın məlumatına görə, edama səbəb minlərlə insanın ölümü ilə nəticələnən təbii fəlakətin vurduğu ziyanın qarşısının alınmaması olub.
Belə ki, regional orqanlarda çalışan 20-30 arası məmur ötən ay güllələnib.
Bildirilir ki, Caqan əyalətində baş vermiş fəlakətli daşqınlarda bir neçə minə qədər insanın həlak olduğu ehtimal edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun