Belarus tarixində ilk dəfə olaraq Yaponiya kəşfiyyat xidmətinin əməkdaşı tutulub.
"Unikal" Belarus mediaına istinadən xəbər verir ki, iddiaya görə, Belarusdakı ictimai-siyasi vəziyyət haqqında məlumat toplamaqdan, Çinin “Bir kəmər - bir yol” təşəbbüsünün həyata keçirilməsindən tutmuş, Belarus-Ukrayna sərhədində baş verənlərlə, hərbi infrastrukturun çəkilişinə qədər geniş məlumatları toplayan Yaponiya vətəndaşı saxlanılıb.
Hazırda onun dindirilməsi aparılır.