Əfqanıstanda iqtidarı ələ keçirmiş radikal “Taliban” hərəkatının qüvvələri ilə Pakistanın sərhəd qoşunları arasında iki ölkənin sərhədində silahlı toqquşmalar baş verib.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, döyüşlər yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 18:30) Əfqanıstanın Xost vilayətində başlayıb. Yüngül və ağır silahların istifadə olunduğu toqquşmaların “Taliban”ın üç gündür mübahisəli sərhəd bölgəsində postlar tikdiyi üçün başladığı bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir.