…Yapon studiyası Wald International Toyota Land Cruiser 250-nin tüninqini öz üzərinə götürdü. Yolsuzluq avtomobili bir anda iki maraqlı modifikasiya aldı.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şirkətin İnstaqram səhifəsində yazılıb.
Yeni Toyota Land Cruiser 250 şəhər və yolsuzluq üçün hazırlanmışdır. Birinci halda, SUV aşağı salındı və aşağı profilli şinləri olan böyük təkərlər quraşdırıldı. İkinci versiyada, əksinə, klirens artırıldı və avtomobil də yolsuzluq şinləri ilə təchiz edildi.
Wald International-dan Toyota Land Cruiser 250-nin hər iki versiyası “qəddar” dizaynı ilə seçilir. Yolsuzluq avtomobilinin bamperləri dəyişdirilib, tağ uzantıları, kuzov dəsti və qaçış lövhələri əlavə edilib.
Bundan əlavə, hava girişi olan kapot quraşdırılıb, damda əlavə optika, baqaj və spoyler peyda olub.
Toyota Land Cruiser 250-nin interyeri və xüsusiyyətləri açıqlanmır. Müxtəlif bazarlarda standart yolsuzluq avtomobili 281 at gücü hasil edən 2,4 litrlik benzin turbo mühərriklə təklif olunur. 326 at güclü hibrid aqreqat və 204 at gücünə malik 2,8 litrlik turbodizel ilə…
Bütün versiyalar 8 pilləli avtomatik transmissiya və reduksiya dişlisi ilə tam ötürücü alıb.
Nazlı Almuradova