AZ

Sabah dörd rayonda qaz olmayacaq

Azərbaycanın 4 rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bu barədə Qaynarinfo-ya  "Azəriqaz” İB-dən bildirilib.


Məlumata görə, "Qaz İxrac” İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin 83,0-cı km-də 50 p/m uzunluğundan olan yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi məqsədilə 05.09.2024-cü il saat 09:00-dan etibarən işlər başa çatanadək "Aşağı Göynük”, "Qax”, "Əliabad”, "Zaqatala”, "Makov”, "Katex” və "Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.


Təmir işləri aparılan müddətində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
38
qaynarinfo.az

10Mənbələr