Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcıları ilk dəfə NATO-nun illik nüvə çəkindirməsi üçün “Steadfast Noon” təlimində iştirak edə bilər.
“Far.Az” xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Qeyd olunub ki, təlimlər oktyabrın 14-dən 24-dək Böyük Britaniya, Danimarka və Niderlandın hava məkanında keçiriləcək.
Finlandiya prezidentinin ofisi və Müdafiə Nazirliyi bu ehtimalı şərh etməyiblər. NATO manevrlərdə iştirak edənlərin siyahısını daha sonra açıqlayacağını bildirib.