Bakı, TurkicWorld
Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında toqquşma baş verib
TurkicWorld xəbər verir ki, Əfqanıstan mediası iki ölkənin sərhədində Xost vilayətinin Mandozai rayonunda münaqişənin baş verdiyini yazıb.
Münaqişənin Əfqanıstan təhlükəsizlik qüvvələrinin sərhəddə nəzarət-buraxılış məntəqəsi tikməsi səbəbindən baş verdiyi iddia edilib.
Davam edən qarşıdurmada ağır silahlardan da istifadə edildiyi bildirilib.
Əfqan administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməsə də, sosial şəbəkələrdəki paylaşımlarda tərəflər arasında gərgin qarşıdurma olduğu görülüb.
Hafiz Rufizoğlu