AZ

Bakıda bu ərazilərdə parkinq pulsuzdur

ADY-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.

Bu barədə Qlobal.net-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə qurumdan məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
13
qlobal.net

10Mənbələr