AZ

“Volvo Cars” şirkəti inflyasiya səbəbindən strategiyasını dəyişib

İsveçin “Volvo Cars” avtomobil istehsalçısının qarşıya qoyulan məqsədi 2030-cu ilə qədər bütün daxili yanma mühərrikli avtomobilləri, o cümlədən hibridləri elektrikli avtomobillərlə əvəz etmək idi.

İnflyasiya, elektrik enerjisinin qiymətinin kəskin artması, habelə dövlət iqlim bonuslarının azaldılması və ya ləğv edilməsi ilə əlaqədar şirkət strategiyasını dəyişib.

“Volvo Cars” elan edib ki, yeni hədəf ondan ibarətdir ki, 2030-cu ilə qədər qlobal satışların 90-100 faizini elektrikləşdirilmiş və hibrid avtomobillər, qalan faizi isə “yumşaq” adlandırılan hibridlər təşkil etsin.

“Doldurma infrastrukturunun inkişafı gözlənildiyindən daha yavaş gedib, bəzi bazarlarda dövlət stimullaşdırıcı tədbirlər ləğv edilib, müxtəlif bazarlarda elektrik avtomobillərinə son tariflər əlavə qeyri-müəyyənlik yaradıb”, – deyə şirkət öz qərarına bəraət qazandırıb.

Bununla belə, şirkətin baş direktoru Cim Rouen iddia edir ki, şirkət tamamilə elektrik avtomobillərinin istehsalına yönəldib.

© Azərtac

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
marja.az

2Mənbələr