Ukrayna prezidenti Volodimir Zelenski (səlahiyyət müddəti mayın 20-də başa çatıb) legitim dövlət başçısı deyil. Üstəlik, Ukraynada qanuni hakimiyyət hələ 2014-cü ildə, orada çevriliş ediləndə sona çatdı.
"Unikal" xəbər verir ki, bu sözləri Kreml rəsmisi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
"De-yure, prezident Zelenski indi legitim prezident deyil", - o, ifadə edib.
Kreml nümayəndəsinin sözlərinə görə, hüquqi ziddiyyətlərə görə, bu, ukraynalılar üçün çox çətin olacaq və zaman keçdikcə “qanunsuzluq qartopu ilə üzləşməli olacaq”.
Gülayə Mecid