1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ekspert və jurnalistlərdən ibarət İran nümayəndə heyəti Zəngəzur mis-molibden mədəni və Kacaran-Aqarak yolu layihəsi ilə tanış olublar.
"Azad İran" "Telegram" kanalı bu barədə ermənipərəst "Miran Press" "Telegram" kanalına istinadən xəbər verib.
Belə ki, dünən Qafqaz üzrə iranlı ekspert və jurnalistlərdən ibarət nümayəndə heyəti Qafan şəhərinə səfər edib.
Onlar Zəngəzur mis-molibden mədənində və 32 kilometrlik Kacaran-Agarak yolunun ("Şimal-Cənub" dəhlizinin bir hissəsi) yenidən qurulması layihəsi ilə tanış olub.
Məlumata görə, bu gün Qafan şəhərində İran-Ermənistan münasibətlərinin siyasi, iqtisadi və mədəni aspektlərinə həsr olunan ikigünlük konfrans keçiriləcək.