AZ

Şuşada yaşamaq arzumun çin olduğuna sevinirəm – Nadir Həsənov

Uzun illər tərk etdiyim Şuşanı görmək, Şuşada yaşamaq arzumun çin olduğu üçün sevinirəm.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Şuşa sakini Nadir Həsənov jurnalistlərə açıqlamasında deyib.

"Bu gün bizim üçün həm kədərli, həm də sevincli gündür. Ona görə kədərlidir ki, biz 1992-ci ilin may ayının 8-də Şuşadan oğlumla birlikdə didərgin düşmüşük. Bizim üçün çox çətindir ki, bu illər ərzində əzizlərimizi, doğmalarımızı itirmişik. Biz bu gün onlarsız Şuşaya qayıdırıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Biz onların sayəsində bu gün Şuşaya qayıdırıq. Bu günü biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandanımıza borcluyuq ki, bu günümüzü, bu şəraiti yaradıb.

Mən özüm də şəhid atasıyam. Oğlum leytenant Həsənov Nurlan torpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibədə şəhid olub. O, 6 aylığında bizimlə birlikdə Şuşanı tərk etmişdi. Şuşanı görmək arzusu idi, lakin Şuşanı görmək ona qismət olmadı. Onun övladlarına qismət olacaq ki, gedib Şuşada yaşayıb-yaratsınlar. Şəhidimizin ruhu da buna görə şad olacaq", - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
57
2
milli.az

3Mənbələr