AZ

Nizami Orucov: "Həyat yoldaşından, ailədən olan övladından danışarkən niyə üzr istənilsin ki?"

"İnsan istəyərək ailə qurduğu insandan niyə üzr istəyərək bəhs etsin ki? Ya da öz həyat yoldaşından, ailəsindən olan övladını yad edərkən, ondan danışarkən niyə üzr istənilsin ki? Bunlar anormal hallardır. Ədəb - ərkan məsələsi bunlardan ibarət deyil. Tamamilə başqa anlayış və rəftardır. Nəsildən - nəslə ötürülən bu ifadələr uşaqlarda ailənin, övladın utanılacaq şeylər olduğu düşüncəsini yaradır və sevgi anlayışını bir utanc, "xəstə" halına salır, məhdudlaşdırır, sevgini göstərmə bacarığını məhv edir, yanlış formalaşdırır. Millət olaraq işlədilən ifadələri şüursuz şəkildə qavrayıb, işlətməkdən əl çəksək, daha dərin, geniş yanaşmağa çalışsaq, bu və bu kimi anormal olan normallıqlardan yaxa qurtara bilərik".

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Nizami Orucov deyib.

 

"Ailəli olmaq, valideyn olmaq, hamilə olmaq həyatın təbii proseslərindən biridir. İnsanlar öz fitrəti, başqa sözlə desək, təbiəti üzrə bunları yaşamalıdır. Normal haldır. Təbii olan şeylərə görə üzr istəmək qəribə haldır və belə olmamalıdır. Sadəcə, Azərbaycan mentalitetində, hətta lap öncəki illərdən millətimizə yüklənən bir əxlaq normaları var. Bu normaların dərininə getsək, kökündə sevgini düzgün göstərə bilməmək, sevgi anlayışını düzgün qavraya bilməmək və yaşaya bilməmək durur", - psixoloq bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 5 Sentyabr 2024, 09:35   
Seçilən
110
pravda.az

1Mənbələr