Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.
Budəfəki təqdimatımız Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-millət vəkili Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı haqqındadır.
O Sabir Rüstəmxanlı ki, bir neçə gün öncə - 24 noyabrda 25 illik deputatlıq karyerasına son qoyuldu. Gələn il – 2016-da 70 illik yubileyini qeyd etməyə hazırlaşan Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya elmləri doktorudur. Azərbaycanın xalq şairidir. «Şöhrət» ordeni ilə təltif edilib. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. 30-dan çox kitabın müəllifidir, onlardan 10-u xarici ölkələrdə çap edilib. Rus və fars dillərini bilir.
1967-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında kiçik ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, xüsusi müxbir, 1978-ci ildən «Yazıçı» nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə «Azərbaycan» qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb.
1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub.
1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla «Şöhrət» ordeni ilə təltif edilən S.Rüstəmxanlı o zaman hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina edib.
2003-cü il prezident seçkilərində namizəd kimi iştirak edib.
Onun «Ömür kitabı» adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli-azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. «Tanımaq istəsən», «Xəbər gözləyirəm», «Gəncə qapısı», «Sağ ol, ana dilim!», «Qan yaddaşı», «Zaman məndən keçir» və sair kimi şer kitablarının, «Bütövlük», «Didərginlər», «Cavad xan», «Orxonla görüş» poemaların, «Bu sənin xalqındır» publisistik yazılarından ibarət əsərin, «Atamın ruhu», «Xətai yurdu», «Göy Tanrı», «Ölüm yaşamaqdan şirinmiş (Cavad xan)» romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.
S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan «Azərbaycan»ı təsis edib, iki il onun baş redaktoru olub.
Evlidir, iki oğlu, iki qızı var.
Cəmil Rüstəmxanlı Sabir Rüstəmxanlının üçüncü övladı, kiçik oğludur. Cəmil Sabir oğlu Rüstəmxanlı 1987-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Təxminən 2 il müddətində indiki Diasporla İş üzrə Dövlət Komitəsində də çalışıb.
Sonra Şimali Kipr Türk Respublikasında Yaxın Doğu Universitetində diplomat ixtisası üzrə ikinci ali təhsil alıb. Orada həm də diaspor işində çalışıb - Kuzey Kıbrıs Türk Cümhuriyyəti Kültür Dərnəyinin sədr müavini kimi fəaliyyət göstərib.
Azərbaycana qayıdandan sonra Cəmil Rüstəmxanlı Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində işə düzəlib. O, əvvəlsə “Azəryolservis”də tərcüməçi, sonra beynəlxalq əlaqələr idarəsində qrup rəhbəri təyin edilib.
2015-ci ilin aprelində nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə “Azəryolservis”də 4 saylı Layihə idarəetmə qrupunun direktoru vəzifəsində çalışan Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifəsinə təyin edilib.
2015-ci ilin sentyabrında isə Cəmil Rüstəmxanlı daha bir vəzifəyə seçilib. Belə ki, o, “Azəryol" voleybol klubunun prezidenti vəzifəsinə gətirilib.
Cəmil Rüstəmxanlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı ilə ailə həyatı qurub.
A.Qorxmaz
***
Həmçinin oxu:
Tağı Əhmədovun hakim oğlu
//modern.az/articles/49878/1/
Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/
Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/
Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/
Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/
Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/
Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/
Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/
Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/
Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/
Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/
Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/
Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/
Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/
Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/
Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/
Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/
Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/
Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/
Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/
Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/
Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/
Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
//modern.az/articles/59971/1/
Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/
Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/63426/1/
Səməd Seyidovun doktorant oğlu - FOTO
//modern.az/articles/64545/1/
Cahangir Əsgərovun sənətşünas qızı - FOTO
//modern.az/articles/65112/1/
Rövnəq Abdullayevin oğlu - FOTO
//modern.az/articles/65480/1/
Əbülfəs Qarayevin menecer qızı -FOTO
//modern.az/articles/66914/1/
Elman Rüstəmovun modelyer qızı - FOTOLAR
//modern.az/articles/67761/1/
Hafiz Paşayevin maliyyəçi oğlu - FOTO
//modern.az/articles/70502/1/
Mir Cəlal Paşayevin dosent qızı - FOTO
//modern.az/articles/71109/1/
Elçin Əfəndiyevin diplomat qızı - FOTO
//modern.az/articles/71465/1/
Elmar Məmmədyarovun oğulları - FOTO
//modern.az/articles/71879/1/
Əli Nağıyevin hüquqşünas qızı - FOTO
//modern.az/articles/72554/1/
Eldar Mahmudovun yazar qızı – FOTO
//modern.az/articles/74356/1/
Azad Rəhimovun menecer oğlu – FOTO
//modern.az/articles/76420/1/
Maqsud İbrahimbəyovun rejissor oğlu – FOTO
//modern.az/articles/76828/1/
Mənsum İbrahimovun diplomat qızı
//modern.az/articles/80843/1/
Firudin Cəlilovun cərrah oğlu - FOTOLAR
//modern.az/articles/87563/1/
Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTOLAR
//modern.az/articles/89372/1/