AZ

“Azərbaycan Müəllifləri”ndə NƏLƏR BAŞ VERİR - İctimai Birliyin fəaliyyəti araşdırılarsa...

“Azərbaycan Müəllifləri” İctimai Birliyinin keçmiş sədri (10.03.2015-10.03.2017) İsmayıl Məmmədkərimov “Caspian Audit Company” MMC (Direktor: Məhərrəmzadə Əlibala S. oğlu) ilə qanunsuz müqavilə bağlamaqda ittiham olunur. Bu barədə Dia-az.İnfo-ya “Azərbaycan Müəllifləri” İctimai Birliyinin İdarə Heyətinin sədri Muradov Vilayəddin məlumat verib.Onun adından göndərilən məlumatda daha sonra qeyd olunur: "Müqavilə bağlamış, müqaviləyə əsasən aylıq 1100 azn İcarə haqqı olmaqla 2018-2022-ci illər üçün 51000 azn ödənilmişdir. Əlavə olaraq 2015-2022-ci il tarixlərdə güya müxtəlif xidmətlər üçün “Caspian Audit Company” MMC-yə 31.064 azn vəsait ödənilmişdir. Bu ödənişlər Birliyin “Bank Respublika” hesabından qanunsuz olaraq ödənilmişdir. Bağlanmış müqavilə və bank ödənişləri həyata keçirilən zaman hakim sorğusuna Ədliyyə Nazirliyi tərəfindən verilən cavab məktubundan görünür ki, İ.Məmmədkərimovun səlahiyyət müddəti 10 mart 2017-ci il tarixdə bitmişdir. Birliyin hesabından isə 82064 azn vəsait keçmiş sədr İsmayıl Məmmədkərimov, “Caspian Audit Company” MMC və “Bank Respublika” tərəfindən müəllif qonorarları mənimsənilmişdir".Diua-az.İnfo bildirir ki, bu iddianı səsləndirən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin İdarə Heyətinin sədri Muradov Vilayəddin eyni zamanda “Azərbaycan Müəllifləri” İctimai Birliyinin keçmiş sədri İsmayıl Məmmədkərimovan qarşı əlavə ittihamlarının da olduğunu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
dia-az.info

2Mənbələr