AZ

Kamran Əliyev: "Qarabağ separatçılarının istintaqı yekunlaşıb"

Rusiyada keçirilən Şərq İqtisadi Forumuna qatılan Azərbaycanın baş prokuroru Kamran Əliyev hazırda Azərbaycanda təcridxanada saxlanılan Qarabağ separatçılarının cinayət işi barədə təfərrüatları açıqlayıb.
 
Moderator.az xəbər verir ki, news.ru-ya açıqlama verən baş prokuror Kamran Əliyevin sözlərinə görə, həmən şəxslərin istintaqı artıq yekunlaşıb:
 
“Yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq. Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.
 
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa veriliblər.
 
Onlar 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya gətirilib və istintaqa təhvil veriliblər.
Seçilən
73
5
moderator.az

5Mənbələr