Azərbaycan paraatleti Lamiyə Vəliyeva Parisda keçirilən Yay Paralimpiya Oyunlarında növbəti sınağına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, o, 400 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.
Yarış Bakı vaxtilə saat 23:34-də başlayacaq.
Bundan başqa Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov da mübarizəyə başlayacaq. O, 100 metr məsafəyə brass üsulu ilə yarışacaq.