AZ

Böyük böhran başlaya bilər - Xəbərdarlıq

Böyük

ABŞ-dakı prezident seçkilərindən sonra fərqli bir dünya yaranacaq. Bu, seçkidə kimin qalib gəlməsindən asılı olmayacaq.

Reyting.az
xəbər verir ki, bunu Portuqaliya prezidenti Marselo Rebelo de Sousa bəyan edib.

ABŞ-dakı seçkilərdən sonra dünyanın fərqli bir dövrə qədəm qoyacağını deyən Portuqaliya lideri Aveiroda keçirilən Milli Gənclər Yığıncağında gəncləri “Avropa siyasi sistemlərinin yaşadığı dərin böhrana” qarşı xəbərdar edib.

Onun sözlərinə görə, Rusiyada və ya Cənubi Afrikada, Braziliyada və ya Türkiyədə yüksələn güclərin mövqeləri eyni olmayacaq: “Hindistan da eyni olmayacaq. Biz yeni tarixi dövrün başlanğıcındayıq”.

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq “fərqli bir dövrə girəcəyik”, - deyən prezident əlavə edib ki, dünya bir dönüş nöqtəsindədir: “Nə olacağını bilmirik. Bir il yarımdır ki, epidemiyanı idarə etməkdə və iqtisadi cəhətdən sağalmaqda çətinlik çəkən dünya Çindəki dəyişikliklərdən təsirlənir. Sonra yenə əvvəlki kimi olmayacaq”.


Marselo Rebelo de Sousa

Hər kəsin qeyri-müəyyənlik və gözlənilməzlik dövründə transformasiya və müharibələrin artdığını hiss etdiyini bildirən Portuqaliya prezidenti əlavə edib ki, Avropada, Afrikada, Yaxın Şərqdə və dünyanın hər yerində sülh üçün mübarizə aparmağa daha böyük ehtiyac yaranacaq.

“Avropa siyasətində dərin böhranın açdığı boşluqlar yeni hərəkatlar doğurur. Bu günə qədər sistem dünya müharibəsindən sonrakı dövr üçün istifadə edilib. Yəni 20-ci əsr üçün nəzərdə tutulsa da, rəqəmsallaşmaya, enerji dəyişikliyinə, elmi və texnoloji inkişaflara, mobilliyə, gənclərin tələblərinə uyğunlaşa bilmədi. Avropanın zənginliyi müsbət amil olsa da, gənclərin üzləşdiyi problemləri pul həll etməyəcək. Avropa hələ də iqlim dəyişikliyi, miqrasiya və qaçqın axını ilə mübarizəyə rəhbərlik edir, lakin hər şeyə baxmayaraq, bunlarda da sürətini itirib”, - prezident qeyd edib.

Marselo Rebelo de Sousanın iddiasına görə, Avropadakı siyasi böhranı həll etmək üçün fasilələr baş verməlidir.

Y. QACAR
Seçilən
6
2
reyting.az

3Mənbələr