“Bakının məşhur şirniyyat şəbəkəsi olan “Ləzzət Kulinariya”nın mətbəxinin bu qədər natəmiz olması məni çox təəccübləndirdi”.Bu şikayətlə şirniyyat mağazasının keçmiş işçisi müraciət edib. Adının gizli qalmasını istəyən şikayətçinin iddiasına görə, “Ləzzət Kulinariya”da heç bir qayda-qanuna əməl olunmur: “Mən ora iş üçün müraciət etdim. Getdiyim ilk gündən orada necə natəmizliyin olduğunu gördüm. İşçiləri rəsmi qaydada işə götürmürlər. Bununla yanaşı, heç bir işçi əlcəklə işləmir, hətta kremi bişirən zaman barmaqları ilə ağızda dadırlar”.Yayılmış iddialarla bağlı “Ləzzət Kulinariya” ilə əlaqə saxladıq. Şirniyyat şəbəkəsinin saytımıza açıqlaması isə belə oldu: “Bu tip hallarla dəfələrlə rastlaşmışıq, bizə adi gəlir. İşçilərimizin hansı şəraitdə işlədiyini bura gəlib görə bilərsiniz. İddialar əsassızdır”.Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, müraciətdə qeyd olunan ictimai iaşə obyektində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb: “Yoxlama zamanı “Ləzzət Group” şirniyyat evində sanitar-gigiyenik normaların tələblərinin pozulduğu müəyyən edilməyib. Sahibkara istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri bir daha izah edilib”.Agentlikdən əlavə edilib ki, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və götürülən nümunələr laborator müayinələrə cəlb olunur.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta