AZ

Ermənistandan ardıcıl təxribatlar: Tanklar hərəkətləndi, atəş açıldı – Nə baş verir?

Ermənistan silahlı qüvvələri növbəti dəfə Naxçıvanı atəşə tutub. Bundan başqa, erməni ordusu Zəngəzurda hərbi varlığını artırır. “Bez Tormozov”un yaydığı görüntülərdə Ermənistanın Qafana hərbi texnika, xüsusən tank və BTR-lər cəlb etməsi, mövqelər və hərbi hissə yaratması əks olunub.

Proses nədən xəbər verir? Ermənistan yeni eskalasiyaya hazırlaşır?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi, delimitasiya prosesi ilə bağlı məsələlər gündəmə gətirilsə də, iki ölkə arasında gərginlik olduğu kimi davam edir:

“Ermənistan sərhəd ərazilərə hərbi birləşmələr yerləşdirməyə başlayıb. Dərinləşdirilmiş müdafiə xətləri, raketlər, artilleriyalar əraziyə yerləşdirilir, bunkerlər tikirlər. Erməni siyasətçilər daima Azərbaycanın Ermənistana zərbə endirəcəyini, iki ölkə arasında sülh müqaviləsinin imzalanmayacağını iddia edirlər. İnformasiya müharibəsi ilə bütün dünyanı bu yalana inandırmağa çalışırlar. Azərbaycan eskalasiyada, gərginlikdə maraqlı deyil.

Bunu Ermənistanın da istədiyini düşünmürəm. Lakin bu gərginliyin olması üçün əlindən gələni edən qüvvələr var. Regionda gərginlik qaçılmaz görünür. Əslində bu, Rusiya-Ukrayna müharibəsində tərəf olan qüvvələrin Cənubi Qafqazda toqquşmasıdır. Həmin gərginlik siyasi baxımdan xeyli zamandır davam edirdi. Azərbaycan və Ermənistan arasında gərginlik məhz o ölkələrin verəcəyi qərardan asılı olacaq”.

Ekspertin sözlərinə görə, siyasi və hərbi qərarlar hər zaman eyni yöndə olur:

“Bütün proseslər eyni xətt üzrə davam edir. Hazırda iki ölkə arasında faktiki olaraq sülh danışıqları getmir. Ordunun atdığı addımlara nəzər salsaq qarşıdurmaya hazırlıq mərhələsinə keçdiyini görmək olar. Siyasi gərginliyin artması eskalasiyaya səbəb olacaq. Payızda Gürcüstan və Ermənistanda siyasi proseslərin baş verəcəyi, gərginliyin yaşanacağı gözlənilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
konkret.az

3Mənbələr