AZ

“Neftçi” iki amerikalı basketbolçu transfer edib - EKSKLÜZİV

“Neftçi”

Bakı, 5 sentyabr, AZƏRTAC

“Neftçi” klubu iki əcnəbi basketbolçunu heyətinə cəlb edib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” amerikalı Alonzo Kempbell və Broderik Robinsonun transferini reallaşdırıb. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

A.Kempbell son olaraq İsveçrənin “Vintertur”, B.Robinson isə Portuqaliyanın “Braqa” komandasının formasını geyinib.

Qeyd edək ki, “Neftçi” daha əvvəl Azərbaycan millisinin kapitanı Amil Həmzəyev ilə müqavilə bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
azertag.az

2Mənbələr