"Qarabağ" Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Lion" növbəti transferini həyata keçirib.
QOL.az klubun saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi "Marsel"dən yarımmüdafiəçi Jordan Veretunu transfer edib. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Bu transfer üçün 4 milyon avro təzminat ödənilib, əlavə 3 milyon avroya qədər bonuslar var.
Qeyd edək ki, Veretu 2022-ci ildən "Marsel"də oynayırdı.