“Qarabağ” Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Lion” növbəti transferini həyata keçirib.
"Cebheifo.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Fransa təmsilçisi “Marsel”dən yarımmüdafiəçi Jordan Veretunu transfer edib. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Məlumata görə, transfer üçün 4 milyon avro ödənilib və əlavə 3 milyon avroya qədər bonuslar nəzərdə tutulub.
Qeyd edək ki, Veretu 2022-ci ildən “Marsel”də çıxış edirdi. O, karyerası ərzində “Nant”, “Aston Villa”, “Fiorentina” və “Roma”da forma geyinib.
"Cebheifo.az"