AZ

Putin: Rusiya SQ vəziyyəti sabitləşdirib, düşməni sərhəd ərazilərindən sıxışdırıb çıxarmağa başlayıb

Rusiya Silahlı Qüvvələri vəziyyəti sabitləşdirib və düşməni sərhəd ərazilərindən sıxışdırıb çıxarmağa başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadi Forumunun plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat zonasında Rusiya hücumunun qarşısını almaq üçün heç bir fəaliyyət aparılmır.

Putin qeyd edib ki, Donbasın azad edilməsi Rusiya üçün əsas prioritetdir.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-ə endirdiyi zərbələri çox təhlükəli terror hücumları adlandırıb və Kiyevə Rusiyanın əks cavabının nəticələrini təsəvvür etməyi təklif edib.

Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib. Onun sözlərinə görə, bu danışıqlar ancaq İstanbulda hazırlanan və paraflanan sənədlər əsasında aparıla bilər.

Rusiya lideri Kiyevlə danışıqlarda mümkün vasitəçilər barədə suala cavab olaraq Çin, Braziliya və Hindistanın adını çəkib. O, bu ölkələrdən olan həmkarları ilə daim təmasda olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
apa.az

3Mənbələr