AZ

Əli Əsədov daha bir qərar imzaladı

Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda dəyişiklik edib.Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, bundan sonra, büdcəyə artıq ödəmələr işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərin və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və tətbiq edilmiş inzibati cərimələr və maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə yönəldilməyəcək. Eyni zamanda büdcəyə artıq ödəmələr məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldilməyəcək.

Seçilən
86
39
mediaxeberleri.az

10Mənbələr