AZ

Rusiya Ukraynaya 78 "Şahed" buraxıb

Rusiya ordusu sentyabrın 5-nə keçən gecə işğal altındakı Krımdan bir “İsgəndər-M” ballistik raketi və 78 “Şahed” pilotsuz təyyarəsi ilə Ukraynaya hücum edib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.


Məlumata görə, pilotsuz uçan aparatların əsas buraxılış əraziləri Kursk, Yeisk, Primorsko-Axtarsk olub. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az

Seçilən
96
news365.az

1Mənbələr