Ukrayna Silahlı Qüvvələrinin (AFU) itkilərinin miqyası onu deməyə əsas verir ki, Kiyev rəhbərliyi öz xalqını düşünmür və özünü yadplanetli və ya əcnəbi kimi aparır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib.
"Məndə bəzən belə təəssürat yaranır ki, Ukraynaya rəhbərlik edənlər sanki bir növ yadplanetlilərdir, ya da əcnəbidir... Onlar sadəcə insanlar haqqında düşünmürlər2, - Rusiya prezidenti deyib.
O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri həm insan, həm də texnika baxımından “böyük itkilər” verib.
Gülayə Mecid