"YouTube" gənclərə bədən çəkisi və fitnesslə bağlı videoları tövsiyə etməyi dayandıracaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sosial media platforması məlumat yayıb.
Bildirilib ki, bundan sonra yeniyetmələr YouTube-da çəki və fitneslə bağlı videolarla daha az qarşılacaqlar: "Mütəxəssislər hesab edir ki, bu cür məzmunlara dəfələrlə baxılması zərərli vərdişlər yaratmaqla, yeniyetmələrə zərərlidir. Bu səbəbdən 13-17 yaşlı uşaqlara belə videoların təkrar baxışı və tövsiyəsi bundan sonra məhdudlaşdırılacaq".
Zülfiyyə
MİA.AZ