Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Yalnız o faktı xatırlatmaq yetərlidir ki, bir müddət öncə Fransa Azərbaycana qarşı qərəzli bəyanat yayarkən, İtaliyanın Xarici İşlər Nazirliyi Fransanı Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe tutmaqda qınamışdı. Bu baxımdan İtaliya Azərbaycana kifayət qədər proqmatik yanaşan və tərəfdaşlıq səviyyəsində münasibətlər quran ölkədir. İtaliya Azərbaycanın enerji resurslarının əsas alıcıları sırasına daxildir. İtaliya Azərbaycanla hərbi ticarət sahəsində də geniş əməkdaşlıq edir. BMT səviyyəsində də Azərbaycan İtaliyanın dəstəyini vaxtaşırı hiss edir. Bütün bunları nəzərə alanda, İtaliya Avropa məkanında Azərbaycan üçün olduqca önəmli tərəfdaşdır. İtaliya ilə Azərbaycanın münasibətlərinin bundan sonra da inkişaf etməsi Azərbaycanın milli maraqlarına tamamilə uyğundur".
Qiymət Mahir