AZ

Harris prezident olarsa, ABŞ iqtisadi böhranla üzləşəcək - Tramp

ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.

Olaylar xəbər verir ki, bunu keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

"Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur", - deyə o bildirib.

Tramp əlavə edib ki, həmçinin, ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
olaylar.az

3Mənbələr