AZ

Paşinyan geri çəkildi - Putin Əliyevdən Ermənistanla bağlı hansı xahişi edib?

Ermənistan anti-Rusiya ritorikasını yumşaldır və Moskva ilə körpüləri yenidən inşa edir.

Turkustan.az
xəbər verir ki, Ermənistan mətbuatı Paşinyanın BRİKS və MDB-nin qeyri-rəsmi sammitlərində iştirak edəcəyini yazır.

“Hraparak” nəşri iddia edir ki, rəsmi İrəvan geri addım atmağa başlayıb. “Avqustun 31-dı keçirilən mətbuat konfransında Paşinyan Rusiyaya qarşı müsbət siqnallar göndərdi. Dünən öyrəndik ki, Ermənistan BRİKS və MDB-nin sammitlərində iştirak edəcək. BRİKS-in iclası oktyabrın 22-24-də Kazanda keçiriləcək”.

Nəşr qeyd edir ki, Paşinyanın ritorikası avqustun 23-dən sonra dəyişib.

“Putin avqustun 23-də Paşinyana zəng etdi. Bundan 4 gün sonra Putin Əliyevlə danışdı və 1 gün sonra Azərbaycanla Ermənistan demarkasiya üzrə reqalemtini imzaladı. Bəzi mənbələrə görə, Putin Əliyevdən Ermənistana təzyiqləri yumşaltmağı xahişi edib. MDB və KTMT-nin Rusiyada keçirilən iclaslarını boykot edən Paşinyanın mövqeyini dəyişməsinin səbəbi də budur”, - nəşr yazır. (publika.az)

Seçilən
74
2
turkustan.az

3Mənbələr