AZ

Rusiya həmişə xaricdəki vətəndaşlarını qoruyacaq -Putin

Prezident Vladimir Putin bildirib ki, Rusiya həmişə öz vətəndaşlarını, o cümlədən xaricdə olanları qoruyacaq və onlara kömək edəcək.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, Şərq İqtisadi Forumunun plenar iclasında müvafiq bəyanatla çıxış edib.

O, plenar iclasda ABŞ-da həbs olunan rusiyalıların vətənlərinə qayıtmaq şansının olub-olmaması ilə bağlı sualı cavablandırıb.

“Biz həmişə Rusiya Federasiyasının dövlət yardımına ehtiyacı olan bütün vətəndaşlarına bərabər yanaşırıq. Və biz bunu gələcəkdə edəcəyik”, - Vladimir Putin bildirib.

Qeyd edək ki, avqustun 1-də Rusiya ilə Qərb ölkələri arasında ən böyük məhbus mübadiləsi baş tutub. Ümumilikdə ABŞ, Almaniya, Norveç, Polşa və Sloveniyadan 10 nəfər (onlardan ikisi məhbusların azyaşlı uşaqları) Rusiyaya qaytarılıb. Rusiya Federasiyası və Belarus bunun müqabilində 16 məhbusu təhvil verib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov avqust ayına olan məlumata görə, Amerika həbsxanalarında 62 rusiyalının qaldığını bildirib.

Seçilən
71
ikisahil.az

1Mənbələr