AZ

Valideynlər özləri şərait yaradır - Ekspertdən sərt sözlər

“Dünyanın bütün inkişaf etmiş ölkələrində məktəbə telefon gətirmək qanunla qadağan edilib. Bu məsələ ümumtəhsil məktəblərinin nizamnaməsində də öz əksini tapıb. Təəssüf ki, bizdə bu belə deyil. Nə məktəbə telefon gətirilməsini qadağan edən qanun var, nə də ümumtəhsil məktəblərinin fərdi nizamnamələri. Problemin hüquqi müstəviyə minməsi üçün məktəblərin fərdi nizamnaməsi olmalı və onun tələblərinə əməl edilməlidir”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, məktəbə telefon gətirilməsi məsələsi məktəb rəhbərinin özündən asılıdır. Burada təkcə şagirdlər deyil, tədris prosesi zamanı xüsusi ehtiyac yaranmadıqda müəllimlərin və işçilərində mobil telefondan istifadə olunması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Lakin problemin hüquqi müstəviyə minməsi üçün məktəblərin fərdi nizamnaməsi olmalı və onun tələblərinə əməl edilməlidir:

“Yəni məktəblər müəyyən edilmiş vahid qaydalarla idarə olunmur. Bu tip qadağaların qoyulması da təhsil müəssisəsinin daxili məsələsidir”.

Ekspertin sözlərinə görə, şagirdlərin şiddətəmeyilli davranışlarının səbəbi təhsil müəssisəsi daxilində mobil telefondan istifadə etmələridir:

“Uşaqların tədrisə cəlb olunmasına maneə olan əsas səbəblərdən biri məhz telefonlardır. Valideynlər bildirirlər ki, övladlarından xəbər almaq üçün məcburən verirlər. Əgər valideyn övladından çox narahat qalırsa ağıllı telefonun əvəzinə sadə telefon alıb verə bilər. Belə olarsa, həmin sadə telefonlarda uşağın marağını oyadacaq heç nə qalmayacaq. Bir çox hallarda guya övladları ilə əlaqə saxlamaq, onların məktəbdən çıxaraq repetitor yanına getməsini müşahidə etmək kimi hallar üçün məktəbə mobil telefon gətirilməsinə məhz valideynlər özləri şərait yaradır”.

Sevinc,
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
bakupost.az

2Mənbələr