AZ

Paris Olimpiadasının iştirakçısı sevgilisi tərəfindən yandırıldıqdan sonra ölüb

Uqandalı yüngül atlet, Parisdə keçirilən Olimpiya Oyunlarının iştirakçısı Rebekka Çepteqey bədəninin 75%-nin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Sentyabrın 1-də idmançı sevgilisi tərəfindən hücuma məruz qalıb. O, 33 yaşlı qadına benzin tökərək yandırıb. Onun ölümü barədə “X” sosial şəbəkəsində Uqanda Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

BBC-nin məlumatına görə, Çepteqey ilə sevgilisi arasında torpaq sahəsi üstündə münaqişə yaranıb. Kişi də xəstəxanaya yerləşdirilib, lakin daha kiçik yanıqlarla. Hazırda reanimasiya şöbəsindədir, lakin vəziyyəti yaxşılaşır və stabilləşir. Polis araşdırma aparır. Uqanda Olimpiya Komitəsinin rəhbəri “X” sosial şəbəkəsində idmançının öldürülməsini qəddar, qorxaq və mənasız hərəkət adlandırıb.

Rebekka Çepteqey 22 fevral 1991-ci ildə anadan olub. Onun atletik karyerası 2010-cu ildə Polşada keçirilən kross üzrə Dünya Çempionatında iştirakla başlayıb. O, 38-ci yeri tutub. 2022-ci ildə Taylandda keçirilən Dünya Dağ və Trail Qaçış Çempionatında qızıl medal qazanıb. Parisdə keçirilən son Olimpiadada Çepteqey qadınlar arasında marafonda 44-cü yeri tutub.

Seçilən
120
ikisahil.az

1Mənbələr