“Gəncə” klubu daha dörd basketbolçusu ilə yollarını ayırıb.
Bu barədə Futbolinfo.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub müqavilə müddəti başa çatan Orxan Abbasov, Tariyel Yusifzadə, Rüfət Mahmudzadə və Əlibəy Məmmədli ilə vidalaşıb.
“Gəncə” ötən gün altı oyunçusu ilə yollarını ayırmışdı.