AZ

Ailə başçısı qadın olarsa, xərclər ARTIR - RƏQƏMLƏR

Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının tədqiqinə dair məlumatına əsasən, ailənin başçısı qadın olanda xərclər artır.

 

Sfera.az 2024-cü ilin birinci yarısına dair tədqiqata istinadən xəbər verir ki, ev təsərrüfatının başçısı kişi olduqda adambaşına xərclər 348 manat olduğu halda, başçı qadın olduqda xərclər 365 manat olub. Bu isə 17 manat, yəni 5 faiz artım deməkdir.

 

Xərclərdəki daha çox artım qida məhsullarında müşahidə edilir. Qadın başçı olduqda qida məhsulları 9,5 manat artaraq 162,1 manat təşkil edib.

 

Bundan başqa, ailənin başçısı qadın olduqda geyim, ev əşyası, səhiyyə, istirahət, ictimai iaşə xərclərində artım baş verir. Nəqliyyat, alkoqollu içkilərə və tütünə xərclənən pul isə azalır.

 

Vasif

 

 

Seçilən
96
2
sfera.az

3Mənbələr