Bu gün Biləsuvarda baş verən zəlzələ sakinlər tərəfindən hiss edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnitudada baş verən zəlzələ xüsusi ilə hündür mərtəbəli tikililərdə hiss olunub.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Qısa çəkən yeraltı təkan sonrası ilkin məlumatlara görə, hər hansı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb. Zəlzələ anı rayon sakinlərinin daha çox istirahət etdiyi mərkəzi park və çayxanalarda müşahidə edilib.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda da zəlzələ ilə bağlı hər hansı xəsarət faktı ilə müraciət edilmədiyi bildirilir. Həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının açıqlamasında da zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumatın daxil olmadığı haqda açıqlama verilib.
Sabutay, Bizim.Media, Cənub bürosu