Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 53 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 236 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 46 % çoxdur.