AZ

“Roma”nın futbolçusu Millətlər Liqasında Ukrayna millisinə kömək edə bilməyəcək

“Roma”nın

Bakı, 5 sentyabr, AZƏRTAC

Ukrayna millisinin və İtaliyanın “Roma” komandasının futbolçusu Artyom Dovbikin əzələsində problem aşkarlanıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, həmin səbəbdən 26 yaşlı hücumçu Millətlər Liqasının matçlarında yığmaya kömək edə bilməyəcək.

Ukrayna seçməsi Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Albaniya, 10-da isə Çexiya ilə qarşılaşacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
azertag.az

3Mənbələr