AZ

“Rusiya Qəzzadakı girovları azad etməyə çalışır” - Putin

“Rusiya Qəzzada girovların azad edilməsi ilə bağlı məsələləri həll etməyə çalışır”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu istiqamətdə müəyyən nəticələr əldə olunub.

“Humanitar məsələyə gəlincə, biz, əlbəttə ki, girovlarla bağlı məsələləri həll etməyə çalışırıq, üstəlik, biz burada müəyyən nəticələr əldə edirik ki, bundan çox məmnunuq və gələcəkdə bunu etməyə çalışacağıq”, - deyə Putin bildirib.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
missiya.az

1Mənbələr