AZ

Ali Rada onların istefasını təsdiqlədi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad edilib.

Ölkə.az xəbər verir ki, Ukrayna Ali Radası onun istefasını təsdiqləyib.

Kuleba Ali Radanın iclasına qatılmayıb. Onun Ukraynanın NATO-ya üzvlük məsələsi ilə məşğul olacağı bildirilib.

Ali Rada baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşukun da istefasını qəbul edib. Qərarı 255 deputat dəstəkləyib.

Xatırladaq ki, ölkənin xarici işlər naziri Dmitri Kuleba, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval, baş nazirin Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa vermək niyyətlərini açıqlayıblar.

Bununla yanaşı, strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Molyuska, ekologiya naziri Ruslan Strelets, eləcə də Dövlət Əmlakı F

Seçilən
65
6
olke.az

2Mənbələr