AZ

Azərbaycan ən çox bu ticarət proqramından İSTİFADƏ EDİR: “Altı ayda...”

Azərbaycanda 2024-cü ilin birinci yarısında ən çox yüklənən elektron ticarət proqramı “Trendyol” olub.

Valyuta.az  xəbər verir ki, bu haqda açıqlamanı “Trendyol” Qrupunun baş direktoru Erdem İnan açıqlayıb. İstanbul Qlobal Elektron İxrac Sammitində “Bloomberg”in suallarını cavablandıran E.İnan deyib ki, satdıqları tekstil və məişət məhsullarına tələb yüksəkdir.

O deyib ki, Azərbaycanda ilin birinci yarısında ən çox yüklənən proqram “Trendyol” olub.

“Biz Azərbaycan bazarlarına diqqət yetirməliyik”, - deyən E.İnan Şərqi Avropada da türk məhsullarına marağın artdığını söyləyib:

“Biz addım-addım Avropa ölkələrinə genişlənməyi planlaşdırırıq. Ölkələrin sayından daha vacib olan, üstünlük əldə etdiyimiz bazarlara diqqət yetirməkdir. Bizim üstünlüyümüz olan bazarlar logistik və mədəni baxımdan yaxın olduğumuz bazarlardır”.

© Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
valyuta.az

2Mənbələr